https://news.day.az/azerinews/1876226.html İspaniyada Azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı açılıb - FOTO Noyabrın 20-də Barselonada yerləşən Abat Oliba CEU Universitetində İspaniyada Azərbaycanşünaslıq üzrə ilk magistratura proqramının rəsmi açılışı olub. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

İspaniyada Azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı açılıb - FOTO

Azərbaycanca, 22 ноября 2026 10:37 (UTC +04:00) 216
İspaniyada Azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı açılıb

Noyabrın 20-də Barselonada yerləşən Abat Oliba CEU Universitetində İspaniyada Azərbaycanşünaslıq üzrə ilk magistratura proqramının rəsmi açılışı olub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Məlumata görə, açılış mərasimində universitetin rektoru, Azərbaycanın İspaniyadakı səfiri, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) direktoru və digər fəxri qonaqlar çıxış ediblər. Tədbir çərçivəsində, həmçinin Anlaşma Memorandumu imzalanıb.

"Bu təşəbbüs Azərbaycan və İspaniya arasında akademik əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında biliklərin təşviqi, eləcə də akademik əməkdaşlığın genişləndirilməsi baxımından mühüm mərhələdir", - deyə paylaşımda qeyd olunub.

  • İspaniyada Azərbaycanşünaslıq üzrə ilk magistratura proqramı açılıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости