https://news.day.az/azerinews/1876230.html
Navaxo Stirlinq UFC turnirində keçmiş çempion İrji Proxazkanı nokauta salıb - VİDEO
Yeni zelandiyalı döyüşçü Navaxo Stirlinq "UFC Fight Night 294" turnirinin əsas qarşılaşmasında çexiyalı keçmiş çempion İrji Proxazkanı məğlub edib. AZƏRTAC xəbər verir ki, Dohada keçirilən döyüş ikinci raundda Stirlinqin nokautu ilə başa çatıb. 34 yaşlı Proxazkanın qarışıq döyüş növlərində 32 qələbəsi, 7 məğlubiyyəti və 1 heç-heçəsi var.
Navaxo Stirlinq UFC turnirində keçmiş çempion İrji Proxazkanı nokauta salıb - VİDEO
Yeni zelandiyalı döyüşçü Navaxo Stirlinq "UFC Fight Night 294" turnirinin əsas qarşılaşmasında çexiyalı keçmiş çempion İrji Proxazkanı məğlub edib.
AZƏRTAC xəbər verir ki, Dohada keçirilən döyüş ikinci raundda Stirlinqin nokautu ilə başa çatıb.
34 yaşlı Proxazkanın qarışıq döyüş növlərində 32 qələbəsi, 7 məğlubiyyəti və 1 heç-heçəsi var. O, 2022-ci ilin iyununda braziliyalı Qlover Teyşeyranı məğlub edərək UFC-nin yarımağır çəki dərəcəsində çempion titulunu qazanıb. Lakin sonradan aldığı zədə səbəbindən çempionluq kəmərindən imtina etməli olub.
Stirlinqin hesabında isə 12 qələbə var və o, hələ heç bir döyüşdə məğlub olmayıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре