Bu adaya miqrantlar sel kimi axışır

Day.Az представляет новость на азербайджанском языке

Sadəcə, son 24 saat ərzində Türkiyədən Yunanıstanın Lesbos adasına 2090 qaçqın keçib. 

Yunanıstan Sahil Mühafizəsindən (Hellenic Coast Guard) verilən məlumata görə, Yaxın Şərq ölkələri və Əfqanıstandan olan miqrantların adaya axını səngimir.
Milli.Az Greek Reporter-a istinadən bildirir ki, Türkiyə sahillərindən rezin qayıqlarla Aralıq dənizinə çıxan və adaya yan alan qaçqınların sayı son 3 gündə 6 min nəfərdən artıq olub. Sahil Mühafizəsinin əməkdaşları hər gün ən azı 10 xilasetmə əməliyyatı aparırlar.

Lesbos adasındakı Moriya qeydiyyat mərkəzindən verilən məlumata görə, dünən 2343 qaçqın qeydə alınıb, Pirey limanına göndərilib. 1968 qaçqın adada qalıb.
Dünən səhər saatlarında "Ariadni" bərəsi Lesbos və Hios adalarından Pirey limanına 1835, "Blue Star 1" bərəsi - 1534, "Blue Star 2" isə Kos adasından 70 qaçqın aparıb.

Bu arada Portuqaliyanın baş naziri Antoniu Koştu Yunanıstanla həmrəylik jesti olaraq ölkəsinin 6 min qaçqını qəbul etməyə hazır olduğunu deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.