https://news.day.az/azerinews/755730.html Yunanıstanda miqrantların sayı 32 minə çatdı

Yunanıstanda miqrantların sayı 32 minə çatdı

Azərbaycanca, 4 марта 2016 09:29 (UTC +04:00) 795
Yunanıstanda miqrantların sayı 32 minə çatdı

Day.Az представляет новость на азербайджанском языке.

Hazırda Yunanıstan ərazisində miqrantların sayı 32 minə yaxınlaşır.

Day.Az APA-ya istinadən bildirir ki, bunu Yunanıstan müdafiə nazirinin müavini Dimitris Vitsas bəyan edib.
 
"Qaçqınlardan 7 minə yaxını adalarda, 25 minə yaxını isə ölkənin kontinental hissəsində cəmləşib. Onlardan 12 minə yaxını isə Yunanıstan-Makedoniya sərhədindədir", deyə D.Vitsas bildirib.
 
Martın 4-də Yunanıstanın baş naziri Aleksis Tsipras ölkədə miqrant böhranın həllinə dair tədbirlər planını açıqlayacaq.
 
Qeyd edək ki, son 10 gün ərzində Avropa İttifaqı sərhədlərində tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Yunanıstandan Makedoniyaya cəmi 1200 miqrant keçə bilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости