Onlar nalə çəkirlər:

Day.Az представляет новость на азербайджанском языке

"Yağışlar başlanıb, havalar soyuyub. Soyuq çadırlarda qalmışıq. Uşaqlarımız xəstələnirlər. Kömək edin, uşaqlarımız ölürlər!"

Yunanıstanla Makedoniyanın sərhədində, kiçik İmodeni kəndinin yaxınlığında yaranmış kortəbii qaçqın düşərgəsindəki insanlar belə deyirlər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu düşərgədə indi 14 mindən artıq miqrant var. Onlar Yaxın Şərq və Şimali Afrikadan qaçan, müharibələrdən, gülləbaranlardan qurtulmağa çalışan zavallılardır. Almaniyaya, Fransaya, Britaniyaya, Skandinaviya ölkələrinə yollanmaq istəyirlər.

Lakin Makedoniya sərhədi bağladığından miqrantlar İmodeni kəndinin yaxınlığında qalıblar.

Təqribən 14 min miqrantın sığındığı bu düşərgədə dözülməz yaşam şərtləri, daha doğrusu, şəraitsizlik çoxsaylı xəstəliklərə səbəb olub. Xüsusilə də uşaqlar arasında yoluxucu xəstəliklər, zökəm, soyuqdəymə, pnevmoniya sürətlə yayılır.

Son günlərdəki leysan yağışlar düşərgəni bataqlığa çevirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.