Avropaya çatmaq istəyən 400 miqrant dənizində batdı - FOTO
Day.Az представляет новость на азербайджанском языке
4 qayıqla Avropaya çatmaq istəyən 400 miqrant Aralıq dənizində batıb.
Milli.Az BBC Arabic-ə istinadən bildirir ki, İtaliya sahillərinə yan almaq istəyən həmin miqrantların əksəriyyəti Somali, Efiopiya və Eritreyadan qaçmışdılar.
Misir sahillərindən yola çıxmış 4 qayığa doluşmuş miqrantlardan yalnız 29 nəfəri xilas etmək mümkün olub.
Aralıq dənizi vasitəsilə Avropaya çatmaq istəyən miqrantlar arasında fəlakət və faciələrlə bağlı insidentlər artıq mütəmadi hal alıb. Ötən il Aralıq dənizində 3771 miqrant batıb.
Beynəlxalq Miqrasiya Təşkilatının son hesabatında bildirir ki, bu ilin əvvəlindən bəri Aralıq dənizindən keçərək Avropa Birliyi ölkələrinə 110054 miqrant yollanıb. 413 miqrant həlak olub və ya itkin düşüb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 dəfə çoxdur.
İtaliyaya isə artıq 7507 miqrant yollanıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре