https://news.day.az/azerinews/874067.html ""Hoqqa" "Məhəllə"nin rekordunu təzələdi" - FOTOLAR

""Hoqqa" "Məhəllə"nin rekordunu təzələdi" - FOTOLAR

Azərbaycanca, 2 марта 2017 12:31 (UTC +04:00) 801
""Hoqqa" "Məhəllə"nin rekordunu təzələdi"

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Dilarə Əliyeva rol aldığı "Hoqqa" filmindən danışıb. 

Day.Az bildirir ki, axşam.az-a açıqlama verən aktrisa bildirib ki, ekran işini yetərincə tamaşaçı izləyib:

"Yeni filmimi özüm də bəyəndim, tamaşaçılar da. Deyərdim ki, "Hoqqa" "Məhəllə"nin rekordunu təzələdi. O mənada ki tamaşaçı "Məhəllə"yə hansı marağı göstərmişdisə, həmin diqqət "Hoqqa"da da özünü göstərdi. Çoxsaylı tamaşaçı zəngləri, kinoteatrlara axın edən insanlar onun çox böyük uğurundan xəbər verdi. Bir ay keçməsinə baxmayaraq, hələ də seansları bacardığımız qədər artırırıq. Bu da məni çox sevindirir".

D.Əliyeva həyat yoldaşı, "Soy production"ın rəhbəri Oktay Əliyevdən söz açıb:

"Oktaydan çox irad eşitmirəm. O, həmişəki kimi dayaqdı, filmin başında durub. Əziyyət çəkdik, indi də xoş sözlər eşitdikcə bəhrəsini görürük".

Aktrisa hər zaman formada qalmasından söz açıb:

"Bir qadının əhvalı xoş olarsa, o, həmişə formada qalacaq. Ən gözəl makiyaj qadın təbəssümüdür. Xanımlara məsləhət görürəm ki, idmana çox üstünlük versinlər. Çünki idman insanın ruhunu da gözəl saxlayır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • ""Hoqqa" "Məhəllə"nin rekordunu təzələdi"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости