Bu il 37 500-ə yaxın abituriyent tələbə adını qazanıb

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanda ildən-ilə ali məktəblərə daha hazırlıqlı tələbələr daxil olur və bu il rekord sayda abituriyent tələbə adını qazanıb".

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayil Cabbarov deyib.

Nazir ali məktəblərdə hazırlıq siniflərinin təsis olunması və qəbul imtahanlarına edilən dəyişikliyə də münasibət bildirib.

Nazir deyib ki, ali məktəblərdə hazırlıq siniflərinin yaradılması Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir.

Mikayıl Cabbarov bildirib ki, həmin qaydalara əsasən hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək.

O, buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə də münasibət bildirib və qeyd edib ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəyişikliklərə dair birgə təşəbbüsü barədə iki il öncə xəbər verilib. Bu, abituriyentlərə, onların valideynlərinə və şagirdlərə dəyişikliklərə hazır ola bilmələri üçün əlavə vaxt və imkan yaradır.

Təhsil naziri 2017/2018-ci tədris ilində rekord sayda, 37 500-ə yaxın abituriyentin tələbə adını qazandığını deyib.

Mikayıl Cabbarov hesab edir ki, tələbə sayının artmasına səbəb ali məktəblərə qəbul meyarlarının aşağı salınması deyil, keyfiyyət meyarının qorunub saxlanması ilə bağlıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.