https://news.day.az/azerinews/944654.html Sərxan Sərxandan etiraf: "Bir-birimizi çox sevirdik" Day.Az представляет новость на азербайджанском языке Tanınmış aktyor və müğənni, əməkdar artist Sərxan Sərxan həmkarı, "Musiqi müəllimi" filmində tərəf müqabili olan xalq artisti Həmidə Ömərovadan danışıb. Milli.Az-a açıqlama verən aktyor bir çox etiraflar edib. ""Musiqi müəllimi" mənim çəkildiyim ən gözəl filmlərdən biridir.

Sərxan Sərxandan etiraf: "Bir-birimizi çox sevirdik"

Azərbaycanca, 25 октября 2017 22:45 (UTC +04:00) 4 405
Sərxan Sərxandan etiraf: "Bir-birimizi çox sevirdik"

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış aktyor və müğənni, əməkdar artist Sərxan Sərxan həmkarı, "Musiqi müəllimi" filmində tərəf müqabili olan xalq artisti Həmidə Ömərovadan danışıb.

Milli.Az-a açıqlama verən aktyor bir çox etiraflar edib.

""Musiqi müəllimi" mənim çəkildiyim ən gözəl filmlərdən biridir. Bu filmdə böyük aktyor kollektivi çalışıb. Filmin baxımlı olmasının da əsas səbəbi də budur. Mən filmdə sevimli aktrisa Həmidə Ömərova ilə baş rolu paylaşırdım. Filmdə bir-birimizi çox sevirdik. Sizin vasitənizlə Həmidə xanıma böyük salamlarımı göndərirəm. Çox istərdim ki, Həmidə xanım çəkilən bütün film və seriallarda baş rollarda oynasın. Çünki onun çox böyük istedadı var. Biz hamımız Həmidə xanımı sevirik. Moskvada fəaliyyət göstərməyimə baxmayaraq, Bakı üçün ürəyim döyünür. Ara-sıra gəlib filmlərə çəkilib-gedirəm. İnşallah ki, yeni dəvətlər olsa yenə də çəkilərəm"deyə aktyor bildirib.

Qeyd edək ki, Sərxan Sərxan hal-hazırda Moskvada müğənni kimi fəaliyyət göstərir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости