https://news.day.az/azerinews/947222.html
Çaqqal insanlara hücum edib, 3 nəfəri yaralayıb - VİDEO
Çaqqal insanlara hücum edib, 3 nəfəri yaralayıb - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Oğuz rayonunun Xaçmaz kəndində çaqqal insanlara hücum edib.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, kənddə söhbət edən qadınlara hücum edən çaqqal 33 yaşlı Aynur İbrahimovanı yaralayıb.
Həyətdəkilərin qışqırıq səsini eşidənlər köməyə gəlib. Çaqqal daha 2 nəfərə xəsarət yetirib.
Yaralananlar Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Kənd sakinləri son zamanlar kənddə çaqqal və canavar hücumlarının sayının artdığını deyir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре