"Bir qardaşım var, o da məndən..."

Day.Az представляет новость на азербайджанском языке

Bu gün ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı meyxanaçı Pərviz Bülbülə olub.

Milli.Az xəbər verir ki, meyxanaçı ailəsi barədə danışarkən diqqəti qardaşı ilə bağlı bir məsələnin üzərinə yönəldib.

Pərvizin sözügedən açıqlamasını təqdim edirik: "Bir şeyi qeyd etmək istəyirəm. Qardaşımın adı Talehdir. Bir ara söhbət eşidirdim ki, Yasamalda, "Vasmoy"da, orda-burda adamlar çıxırlar, gedirlər hansısa məntəqələrə "Pərviz Bülbülənin qardaşıyam, mənə flan qədər pul lazımdır" deyib, pul alırlar camaatdan. Mənim özümə zənglər gəlir ki, "Pərviz, qardaşın gəlmişdi. 30 manat verdik, 20 manat verdik". Deyirəm, ay kişi, mənim öz gücüm çatmır qardaşıma pul verməyə?! Bax belə. Nəyi demək istəyirəm, bir qardaşım var, o da məndən 1 yaş böyük".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.