Türk rejissor Azərbaycanda film çəkir – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyənin tanınmış rejissoru Biray Dalkıran "Dram" sənədli filmi üçün Azərbaycana gəlib
 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Əraf", "Cənnət", "Cəhənnəm 3D", "Mənə bir soyğun yaz", "Pəri nağılı", "Mələklərin möcüzəsi" kino filmlərinin, "Qazi", "Sübut" seriallarının və 100-dən çox klipin rejissorluğunu etmiş Biray Dalkıran yeni layihəsi üçün Azərbaycana gəlib.

Tətili sevməyən və uğurları ilə tanınan rejissor Biray Dalkıran son çəkdiyi "Seni Seviyorum Adamım" adlı kino filmindən dərhal sonra yeni layihəsi olan "Dram" sənədli filminin çəkilişlərinə başlayıb.

Çəkilişlər üçün ilk olaraq Pekinə gedən Biray Dalkıran yaradıcı heyətlə birlikdə başladığı işi Pekindən başlayaraq Londonda sona çatdıracaq. Sənədli filmin ilk çəkilişlərinin Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində çəkilməsi planlaşdırılıb.

Ötən gündən paytaxtımızda olan rejissor artıq Bakıda ilk çəkilişlərə də başlayıb. O, bu barədə sosial şəbəkədə məlumat verib. Hələ 3 gün şəhərimizdə qonaq olan rejissor, həmçinin paytaxtımızdan və onun qonaqpərvərliyindən razılığını qeyd edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.