Yerli bazarlarda qiymətlərlə bağlı vəziyyət necədir? – VİDEO
Day.Az представляет новость на азербайджанском языке.
Yazın gəlişi ilə bazarlarımıza bolluq gəlib. Xüsusilə də yaz meyvələri. Amma bu meyvələrin bol olmasına baxmayaraq alıcısı azdır.
Yerli bazarlarımız hələ mövsümi meyvələrin nübarını etməsə də, xaricdən gətirilən meyvələr artıq bazarları bəzəyib. Hər addımbaşı piştaxtalarda xüsusi şəkildə qablaşdırılmış çiəyələk, alça və üzüm görmək mümkündür. Hətta bir qədər bazarda gəzib-dolaşsan şaftalı, ərik də tapa bilərsən. Xaricdən gətirilən bu cür meyvələr baha olduğundan alıcı sarıdan bir qədər kasıblıqdır.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, satıcı Sevindik Əliyevin sözlərinə görə, alça çəki ilə 12 AZN, paketlə 3 AZN, çiəyələk isə paketlə 5 AZN-dir. Ümumiyyətlə, bazarda bu məhsullara tələbat zəifdir, çünki bu məhsulları baha qiymətə satırıq.
Üzümün Argentinadan, çiyələyin isə Türkiyədən idxal edildiyini öyrəndik. Amma satıcılar iddia edirlər ki, qiymətlər bir o qədər də baha deyil.
Digər satıcı Azər Məmmədov qeyd edir ki, çiyələyin bir paketi 4 AZN, alça 3 AZN, üzüm isə 4 AZN-ə satılır. Qış meyvələri də eyni qiymətədir, ərik 10 AZN, şaftalı 6 AZN.
Amma hər kəs bu deyilənlərlə razılaşmır. Belə ki, söhbət etdiyimiz alıcılar meyvənin çəkisini az qala 10 və ya 20 AZN-ə başa gəlməsinin çox şişirdildiyini və bu qiymətlərlə meyvə almağın çox çətin olduğunu bildirdilər.
Alıcı Kəmalə Şabanova dedi ki, hələ onları almamışam, çox bahadır. Soruşmuşam, 4 - 5 AZN deyirlər.
Alıcıların bəziləri isə qiymətdən daha çox, məhsulun yerli olub-olmaması ilə maraqlanırlar. Bir sözlə, xarici məhsulların orqanizmə zərərli olduğu qənaətindədirlər.
Digər alıcı Faiq Muradov isə deyir ki, hələ yaz meyvələrini almamışam, çünki yerli deyil, xarici məhsullar isə bəzək üçündür, yemək üçün yox.
Növbəti alıcı Oqtay Süleymanov söylədi ki, ümumiyyətlə hələ almamışam, yerli məhsulu gözləyirəm, ona görə də bazardakıların qiymətləri ilə də maraqlanmıram.
Bazarlarda yaz meyvələrinin bu cür baha olmasının isə ömrü adətən az olur, cəmi bir aydan sonra qiymətlər yarıbayarı, hətta bir az da aşağı düşəcək, çünki mövsum yaxınlaşdığından mayın əvvəlindən artıq yerli məhsullar bazara çıxarılacaq.
Videonu izləmək üçün şəklə klikləyin.

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре