Azərbaycanda ən çox yol qəzaları baş verən ərazilər - SİYAHI

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda çox qəza baş verən ərazilərin adı dəqiqləşib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, yaz mövsümündə ən çox qəzaların baş verdiyi yerlərdən biri Şamaxı-Pirqulu yoludur. Burada yol nişanlarının qarışıq olması, sürücülərin bir-birlərinə yol verməməsi qəzaların sayını artırır.

Ötən mövsüm bu ərazidə 30-dan çox avtomobil qəzası qeydə alınıb. Əngəxaran - Məlhəm kənd yolu arasındakı məsafədə də ən çox qəzalar yaşanır. Qəzaya əsas səbəb yolun dağlıq ərazisindən keçən hissəsində eniş - yoxuşlar və sərt döngələrdir.

Bundan başqa yüksək sürət və sürücülərin yolu tanımaması Pirqulu- Çuxuryurd yolunda da qəzaların sayını artırır.