https://news.day.az/azerinews/1105062.html Malları yanan sahibkarlara kompensasiya ödəniləcək? - AÇIQLAMA Day.Az представляет новость на азербайджанском языке "Hər bir malın sahibi öz mallarını sığortalatdırmalıdır". Day.Az "Marja"ya istinadən xəbər verir ki, bunu "Diqlas" ticarət mərkəzindəki yanğınla bağlı jurnalistlərə açıqlama verən hallar naziri Kəmaləddin Heydərov bildirib. "Dövlət tərəfindən kompensasiya olunması qanunla düzgün deyil.

Malları yanan sahibkarlara kompensasiya ödəniləcək? - AÇIQLAMA

Azərbaycanca, 26 марта 2019 12:55 (UTC +04:00) 3 140
Malları yanan sahibkarlara kompensasiya ödəniləcək?

Day.Az представляет новость на азербайджанском языке

"Hər bir malın sahibi öz mallarını sığortalatdırmalıdır".

Day.Az "Marja"ya istinadən xəbər verir ki, bunu "Diqlas" ticarət mərkəzindəki yanğınla bağlı jurnalistlərə açıqlama verən hallar naziri Kəmaləddin Heydərov bildirib.

"Dövlət tərəfindən kompensasiya olunması qanunla düzgün deyil. Bura özəl ticarət mərkəzidir. Hər bir dükan sahibi öz dükanını və mallarını sığortalatdırmalıdır. Mən kompensasiyaya qərar vermirəm. İndi işimiz yanğını söndürməkdir",- nazir deyib.

Qeyd edək ki, dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.

Hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər. 

Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости