https://news.day.az/azerinews/1356847.html Bakıda həbsxanaya görüşə gələn qız görün özü ilə nə gətirdi - FOTO

Bakıda həbsxanaya görüşə gələn qız görün özü ilə nə gətirdi - FOTO

Azərbaycanca, 29 июня 2021 02:56 (UTC +04:00) 1 142
Bakıda həbsxanaya görüşə gələn qız görün özü ilə nə gətirdi

İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən BiG.AZ-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan məhkum Bədəlov Malik Fizuli oğluna qohumu Yevlax rayon sakini Uzbekova Albina Eduard qızı tərəfindən gətirilən sovqata baxış keçirilib. Bu zaman orada olan şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 5,885 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

  • Bakıda həbsxanaya görüşə gələn qız görün özü ilə nə gətirdi
  • Bakıda həbsxanaya görüşə gələn qız görün özü ilə nə gətirdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости