Hakan Fidandan "3+3" formatı ilə bağlı AÇIQLAMA
Oktyabrın 18-də İstanbulda "3+3" regional platformasının iclası keçiriləcək.
Day.Az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib.
O qeyd edib ki, Cənubi Qafqaz regional əməkdaşlıq platforması ("3+3") vasitəsilə region ölkələri ilə Qafqaz üzrə məsləhətləşmələrimizi davam etdiririk.
"Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığı hədəfləyən bu platformanın üçüncü toplantısını oktyabrın 18-də İstanbulda keçirəcəyik. Görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiya Federasiyasının xarici işlər nazirləri də iştirak edəcəklər", - deyə H. Fidan əlavə edib.
Qeyd edək ki, ötən il 23 oktyabr tarixində Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре