https://news.day.az/azerinews/1713119.html Bakının bu rayonunda qaz kəsiləcək Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bakının bu rayonunda qaz kəsiləcək

Azərbaycanca, 5 декабря 2024 20:49 (UTC +04:00) 475
Bakının bu rayonunda qaz kəsiləcək

Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunun İ.Qutqaşınlı küçəsində və A.Abbasov küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Qutqaşınlı, K.Kazımzadə, Ə.Ələkbərov, M.Rəhim və Z.Xəlilov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости