https://news.day.az/azerinews/1768753.html Birinci yarımildə neçə nəfər barəsində aliment qərarı çıxarılıb? – STATİSTİKA 2025-ci ilin yanvar-iyun aylarında 11 296 nəfər barəsində aliment ödənilməsinə dair qərar çıxarılıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2024-cü ilin eyni dövründə isə 11 324 nəfər barəsində sözügedən qərar tərtib edilib.

Birinci yarımildə neçə nəfər barəsində aliment qərarı çıxarılıb? – STATİSTİKA

Azərbaycanca, 19 июля 2025 15:09 (UTC +04:00) 401
Birinci yarımildə neçə nəfər barəsində aliment qərarı çıxarılıb?

2025-ci ilin yanvar-iyun aylarında 11 296 nəfər barəsində aliment ödənilməsinə dair qərar çıxarılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin eyni dövründə isə 11 324 nəfər barəsində sözügedən qərar tərtib edilib.

Ümumilikdə daxil olan aliment qərarlarının sayı 2020-ci ildə 18 288, 2021-ci ildə 20 619, 2022-ci ildə 17 621, 2023-cü ildə 20 993, 2024-cü ildə isə 23 327 olub.

 

Həmçinin 2025-ci ilin 6 ayının sonunda Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan aliment işlərinin cəmi 124 566 olub.

Bundan əlavə, Bakı şəhəri üzrə ən çox aliment qərarı Xətai rayon icra şöbəsində olmaqla 6 197 icra sənədi təşkil edir.

Respublika üzrə ən çox aliment qərarı isə Gəncə şəhəri üzrə icra idarəsinin icraatında olmaqla 6 398 icra sənədi təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости