https://news.day.az/azerinews/1771580.html Azərbaycan klubu litvalı basketbolçunu transfer edib Yeni mövsümdə Azərbaycanı Avropa Kubokunda təmsil edəcək "Abşeron Lions" heyətini yeni basketbolçu ilə gücləndirib. Day.Az xəbər verir ki, klubdan Trend-ə verilən məlumata görə, Litva basketbolunun tanınmış simalarından biri - Gediminas Oreliklə müqavilə imzalanıb.  

Azərbaycan klubu litvalı basketbolçunu transfer edib

Azərbaycanca, 1 августа 2025 20:25 (UTC +04:00) 422
Azərbaycan klubu litvalı basketbolçunu transfer edib

Yeni mövsümdə Azərbaycanı Avropa Kubokunda təmsil edəcək "Abşeron Lions" heyətini yeni basketbolçu ilə gücləndirib.

Day.Az xəbər verir ki, klubdan Trend-ə verilən məlumata görə, Litva basketbolunun tanınmış simalarından biri - Gediminas Oreliklə müqavilə imzalanıb.

 

35 yaşı olan oyunçu karyerası ərzində bir çox klubların şərəfini qoruyub. 2 metr boya malik hücumçu müxtəlif zamanlarda Türkiyənin "Banvit" və "Beşiktaş" klublarının formasını geyinib.

O, 2018-ci ildə İtaliyanın "Umara Reyer Venetsiya" klubu ilə Avropa Kubokunda qələbə sevinci yaşayıb. Gediminas son mövsümü Rumıniya təmsilçisi "U-BT Cluj-Napoca" klubunun heyətində keçirərək, Euro Cup turnirinin iştirakçısı olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости