https://news.day.az/azerinews/1776478.html Prezident İlham Əliyev Maya Sandunya təbrik məktubu ünvanlayıb Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli xanım Prezident...

Prezident İlham Əliyev Maya Sandunya təbrik məktubu ünvanlayıb

Azərbaycanca, 27 августа 2025 11:03 (UTC +04:00) 699
Prezident İlham Əliyev Maya Sandunya təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Moldova Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafeləri naminə birgə səylərimizlə Azərbaycan-Moldova əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran fəaliyyətimizin daha da inkişafına nail ola bilərik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости