https://news.day.az/azerinews/1808013.html Övladının məktəbini dəyişmək istəyən valideynlərin NƏZƏRİNƏ! Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Övladının məktəbini dəyişmək istəyən valideynlərin NƏZƏRİNƏ!

Azərbaycanca, 8 января 2026 09:13 (UTC +04:00) 365
Övladının məktəbini dəyişmək istəyən valideynlərin

Bu gün saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Day.Az xəbər verir ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Qeyd edək ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости