https://news.day.az/azerinews/1854381.html Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar paketi hazırlanır Avropa İttifaqı Rusiyaya qarşı indiyədək tətbiq etdiyi ən genişmiqyaslı sanksiya paketlərindən birini hazırlayır. Day.Az xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, 22-ci sanksiyalar paketinin 2022-ci ildən bəri qəbul edilən ən böyük paket olacağı gözlənilir.

Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar paketi hazırlanır

Azərbaycanca, 17 августа 2026 11:55 (UTC +04:00) 122
Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar paketi hazırlanır

Avropa İttifaqı Rusiyaya qarşı indiyədək tətbiq etdiyi ən genişmiqyaslı sanksiya paketlərindən birini hazırlayır.

Day.Az xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın sözlərinə görə, 22-ci sanksiyalar paketinin 2022-ci ildən bəri qəbul edilən ən böyük paket olacağı gözlənilir.

Yeni məhdudiyyətlərin Rusiyanın daha çox fiziki və hüquqi şəxsinə şamil ediləcəyi bildirilir.

Kallas "Die Welt"ə açıqlamasında növbəti sanksiyalar paketinin bu payızda qəbul edilməsinin planlaşdırıldığını deyib.

O, Moskvanın müharibəni dayandırmağa məcbur edilməsi üçün Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости