Bakıda dayanıqlı biznes, korporativ idarəetmə və risklərin idarə olunması mövzusunda konfrans keçirilir - FOTO
Bakıda Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransı keçirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, konfransda biznes mühitində şəffaflığın gücləndirilməsi, dayanıqlı idarəetmə prinsiplərinin tətbiqi, risklərin idarə olunması və komplayens sahəsində aktual məsələlər müzakirə ediləcək.
Konfransın proqramına əsasən, tədbirdə dövlət qurumlarının və maliyyə sektorunun nümayəndələri, eləcə də müvafiq sahələr üzrə mütəxəssislər iştirak edirlər.
Konfrans çərçivəsində keçirilən panellərdən biri komplayens sahəsində qlobal və yerli çağırışlara həsr olunub. Müzakirələr zamanı müasir dövrdə komplayens sahəsində yaranan yeni risklər və çağırışlar, onların biznesə və tənzimləyici mühitə təsiri, habelə risklərin idarə olunmasında mövcud çətinliklər və gələcək inkişaf istiqamətləri nəzərdən keçiriləcək.
Digər paneldə isə biznes mühitində şəffaflığın gücləndirilməsi məsələsi diqqət mərkəzindədir. İştirakçılar dayanıqlı idarəetmənin gücləndirilməsində komplayens funksiyasının rolunu, bu yanaşmanın biznesə təsirini və müxtəlif sektorlarda tətbiq olunan praktik təcrübələri müzakirə edəcəklər.
Konfransın məqsədi dayanıqlı biznes və korporativ idarəetmə sahəsində mövcud yanaşmaların müzakirəsi, risklərin idarə olunması və komplayens üzrə təcrübə mübadiləsinin aparılmasıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре