https://news.day.az/azerinews/1868512.html Qızıl axtaranların başına iş gəldi - Ölən var Oktyabrın 20-də gecə saatlarında 3 nəfər Lerikin dağlıq ərazisində qanunsuz qazıntı apararaq qızıl axtarışına çıxıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər polis tərəfindən müəyyən ediliblər. Saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd edən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq ölüb. Digər şəxs E. Kərimov saxlanılıb.

Qızıl axtaranların başına iş gəldi - Ölən var

Azərbaycanca, 21 октября 2026 10:41 (UTC +04:00) 205
Qızıl axtaranların başına iş gəldi

Oktyabrın 20-də gecə saatlarında 3 nəfər Lerikin dağlıq ərazisində qanunsuz qazıntı apararaq qızıl axtarışına çıxıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər polis tərəfindən müəyyən ediliblər.

Saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd edən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq ölüb. Digər şəxs E. Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu götürülüb.

Üçüncü şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости