https://news.day.az/azerinews/1869003.html Neftçalada traktor 13 yaşlı velosipedçini vuraraq öldürüb Neftçala rayonunda traktorun velosipedçini vurması nəticəsində yeniyetmə ölüb. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 22-də Neftçala-Salyan avtomobil yolunun Həsənabad qəsəbəsindən keçən hissəsində baş verib.

Neftçalada traktor 13 yaşlı velosipedçini vuraraq öldürüb

Azərbaycanca, 23 октября 2026 10:05 (UTC +04:00) 287
Neftçalada traktor 13 yaşlı velosipedçini vuraraq öldürüb

Neftçala rayonunda traktorun velosipedçini vurması nəticəsində yeniyetmə ölüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 22-də Neftçala-Salyan avtomobil yolunun Həsənabad qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, Fərhad Həsənovun idarə etdiyi traktor velosipedlə hərəkət edən 2013-cü il təvəllüdlü İbrahim Əsədlini vurub. Yeniyetmə hadisə nəticəsində həyatını itirib.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости