https://news.day.az/azerinews/1869090.html
Bulvarda insident - 1 nəfər xilas edilib - VİDEO
Bakının Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan bir nəfər xilas edilib. Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Bulvarda insident - 1 nəfər xilas edilib - VİDEO
Bakının Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsində olan bir nəfər xilas edilib.
Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıcların həyata keçirdiyi operativ əməliyyat nəticəsində həmin şəxs Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının və kömək məqsədilə əvvəlcədən suya girmiş vətəndaşın iştirakı ilə xilas olunub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре