Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə sazişi təsdiqlənib
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Fərmanla, 2026-cı il sentyabrın 10-da Astana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре