https://news.day.az/azerinews/1869221.html Almaniya neft ehtiyatlarının daha bir hissəsini istifadəyə verir Almaniya hökuməti beynəlxalq öhdəlikləri çərçivəsində strateji neft ehtiyatlarının əlavə hissəsini bazara çıxaracaq. AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu addım G7 ölkələrinin qərarına uyğun olaraq atılır.

Almaniya neft ehtiyatlarının daha bir hissəsini istifadəyə verir

Azərbaycanca, 23 октября 2026 20:37 (UTC +04:00) 469
Almaniya neft ehtiyatlarının daha bir hissəsini istifadəyə verir

Almaniya hökuməti beynəlxalq öhdəlikləri çərçivəsində strateji neft ehtiyatlarının əlavə hissəsini bazara çıxaracaq.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu addım G7 ölkələrinin qərarına uyğun olaraq atılır.

Ölkə Beynəlxalq Enerji Agentliyinin müəyyən etdiyi bölgüyə əsasən, ümumilikdə 19,5 milyon barel neft ehtiyatını istifadəyə verməlidir. Bunun 6 milyon bareli artıq bazara çıxarılıb. Qalan 13,5 milyon barelin çıxarılmasında ilkin olaraq dizel yanacağına və soba yanacağına üstünlük veriləcək.

Müvafiq qərar oktyabrın 22-də qüvvəyə minib. Bununla Almaniyanın strateji neft ehtiyatlarının təmin etdiyi müddət müvəqqəti olaraq 90 gündən 82 günə endirilir.

Beynəlxalq Enerji Agentliyi martda İran müharibəsi nəticəsində gərginləşən neft bazarlarını sabitləşdirmək məqsədilə strateji ehtiyatların istifadəyə verilməsi barədə qərar qəbul edib. Münaqişə fonunda yanacaqdoldurma məntəqələrində qiymətlər kəskin artıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости