Güzgüyə baxan insanlar vəfat etmiş şəxslərin üzlərini görə bilərlər – Araşdırma
Bəzi insanlar yarımqaranlıqda güzgüyə baxarkən qeyri-adi obrazlar, hətta vəfat etmiş yaxınlarının üzlərini gördüklərini bildirirlər. Yeni araşdırmaya görə, yaradıcılıq səviyyəsi yüksək olan insanlar bu görüntüləri daha real qəbul edə bilərlər.
Day.Az xəbər verir ki, tədqiqatda əvvəllər qeyri-adi təcrübələr yaşadığını bildirən 30 nəfər iştirak edib. Onlar əvvəlcə vəfat etmiş yaxınları haqqında düşünüb, daha sonra 45 dəqiqə güzgünün qarşısında oturublar. Alimlər iştirakçıların hisslərini və bəzi fizioloji göstəricilərini izləyiblər.
Nəticələr yaradıcılıq səviyyəsi ilə görüntülərin real qəbul edilməsi arasında əlaqə olduğunu göstərib. Lakin tədqiqat kiçik qrup üzərində aparılıb və güzgüdə görünən obrazların fövqəltəbii hadisələrlə əlaqəli olduğunu sübut etmir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре