"Qalatasaray" "Fənərbağça"nı məğlub etdi - VİDEO
Türkiyə Superliqasının doqquzuncu turunda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edib.
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, "RAMS Park" stadionunda keçirilən qarşılaşmanın əsas qəhrəmanı meydan sahiblərinin hücumçusu Viktor Osimhen olub.
Nigeriyalı futbolçu 29-cu dəqiqədə hesabı açıb, 44-cü dəqiqədə isə ikinci qolunu vuraraq dubl edib. "Fənərbağça" 62-ci dəqiqədə İrfan Kahvecinin qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən xilas ola bilməyib.
Bu qələbədən sonra "Qalatasaray" 22 xalla turnir cədvəlinin lideridir. "Fənərbağça" isə 16 xalla beşinci pillədə qərarlaşıb.
Növbəti turda "Qalatasaray" oktyabrın 30-da səfərdə "Konyaspor"la qarşılaşacaq. "Fənərbağça" isə oktyabrın 31-də "Göztəpə"ni qəbul edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре