https://news.day.az/azerinews/1869894.html Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü - VİDEO Bakıda skuterin iştirakı ilə qəza olub. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Day.Az-a verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi "Toyota" markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub.

Paytaxtda ölümlə nəticələnən qəza - 23 yaşlı gənc öldü - VİDEO

Azərbaycanca, 27 октября 2026 10:43 (UTC +04:00) 287
Paytaxtda ölümlə nəticələnən qəza

Bakıda skuterin iştirakı ilə qəza olub.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Day.Az-a verilən məlumata görə, bu gün səhər saat 04:00 radələrində, paytaxtın Nərimanov rayonu ərazisində, Aqşin Mirzəbəylinin idarə etdiyi "Toyota" markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub.

Svetoforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha skuter və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", məlumatda deyilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости