https://news.day.az/azerinews/1870041.html Yeni Komissiya yaradılır Azərbaycanda hakimlərin etik davranış qaydalarına əməl etməsi vəziyyətini öyrənəcək, pozuntuların səbəblərini təhlil edəcək və Kodeksin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq Etika Komissiyası təşkil olunacaq.

Yeni Komissiya yaradılır

Azərbaycanca, 27 октября 2026 17:17 (UTC +04:00) 284
Yeni Komissiya yaradılır

Azərbaycanda hakimlərin etik davranış qaydalarına əməl etməsi vəziyyətini öyrənəcək, pozuntuların səbəblərini təhlil edəcək və Kodeksin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq Etika Komissiyası təşkil olunacaq.

Day.Az xəbər verir ki, Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında Etika Komissiyasının yaradılması, tərkibi və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Komissiya Məhkəmə-Hüquq Şurasının qərarı ilə yaradılacaq. Onun tərkibinə Şuranın hakim üzvlərindən hər instansiya məhkəməsi üzrə bir nəfər olmaqla, ümumilikdə üç nəfər daxil ediləcək.

Etika Komissiyası Kodeksdə müəyyən edilmiş etik davranış qaydalarına əməl olunması vəziyyətini öyrənəcək, həmin qaydaların pozulmasına şərait yaradan halları təhlil edəcək və bu halların aradan qaldırılması üçün Məhkəmə-Hüquq Şurasına təkliflər verəcək.

Komissiya, həmçinin hakimlərin Kodeksin tətbiqi ilə bağlı müraciətlərinə dair rəy hazırlayacaq. Daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə Şuraya təkliflər, tövsiyələr və təqdimatlar verəcək.

Bundan başqa, Etika Komissiyası Hakimlərin Etik Davranış Kodeksinin təkmilləşdirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasına təkliflər təqdim edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости