Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü keçirilir - FOTO
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan tədbir oktyabrın 27-28-ni əhatə edir.
Tədbirdə İƏT-ə üzv 57 dövlətdən 48-nin nümayəndələri də daxil olmaqla, 250-dən çox şəxsin iştirakı gözlənilir. Onların arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, həmçinin üç müşahidəçi dövlətin təmsilçiləri var.
Görüşün ikinci günü xarici nümayəndələr və baş prokurorlarla müsahibələrin, daha sonra isə tədbirin bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре