https://news.day.az/azerinews/1870296.html Çoxqütblü dünya reallığa çevrilir - Putin Hal-hazırda hər kəs çoxqütblü dünyanın reallığa çevrilməsinin şahidi olur. Day.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya-Afrika" İqtisadi və Humanitar Forumunda bildirib.

Çoxqütblü dünya reallığa çevrilir - Putin

Azərbaycanca, 28 октября 2026 16:25 (UTC +04:00) 293
Çoxqütblü dünya reallığa çevrilir

Hal-hazırda hər kəs çoxqütblü dünyanın reallığa çevrilməsinin şahidi olur.

Day.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya-Afrika" İqtisadi və Humanitar Forumunda bildirib.

"Biz çoxqütblü dünyanın həqiqətən reallığa çevrilməsinin şahidiyik və bu, obyektiv, geri dönməz tendensiyadır", - deyə Putin vurğulayıb.

Rusiya liderinin sözlərinə görə, forum, onun gündəliyi, iştirakçıların tərkibi, eləcə də azad və açıq dialoq qlobal transformasiya proseslərinə üzvi şəkildə uyğunlaşır.

O qeyd edib ki, bu proseslərin miqyası və dərinliyi o qədər böyükdür ki, onları həddindən artıq qiymətləndirmək belə çətindir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости