Avropa İttifaqı Ermənistanda hərbi düşərgə tikdirir - TƏXRİBAT
Avropa İttifaqının maliyyə dəstəyi ilə Ermənistanda ehtiyatda olan hərbçilərin hazırlığı üçün çadır düşərgəsi inşa edilir.
Day.Az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə hökumət saatı zamanı bildirib.
Onun sözlərinə görə, düşərgə hərbi poliqonlardan birində yerləşəcək. Ehtiyatda olan hərbçilər 25 günlük təlim toplanışlarının ilk 10 gününü burada keçirəcəklər.
Nazir düşərgənin tikintisinin Avropa İttifaqının Avropa Sülh Fondu (European Peace Facility) vasitəsilə maliyyələşdirildiyini qeyd edib.
Papikyanın fikrincə, düşərgənin yaradılması ehtiyatda olan hərbçilərin qalma şəraitini yaxşılaşdırmağa və təlimlərin səmərəliliyini artırmağa imkan verəcək.
Nazir, həmçinin bildirib ki, ehtiyatda olan hərbçilər hərbi bölmələrə yerləşdirilərkən onların mülki ixtisasları və peşə bacarıqları nəzərə alınır.
Xatırladaq ki, Avropa Sülh Fondu Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində dəstək mexanizmlərindən biridir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре