https://news.day.az/azerinews/1870476.html Ermənistan parlamentində dava düşüb: Deputatlar əlbəyaxa oldu - VİDEO Oktyabrın 29-da Ermənistan parlamentinin iclası zamanı deputatlar arasında kütləvi dava baş verib.

Ermənistan parlamentində dava düşüb: Deputatlar əlbəyaxa oldu - VİDEO

Azərbaycanca, 29 октября 2026 11:31 (UTC +04:00) 231
Ermənistan parlamentində dava düşüb:

Oktyabrın 29-da Ermənistan parlamentinin iclası zamanı deputatlar arasında kütləvi dava baş verib.

Day.Az xəbər verir ki, "News.Am" portalının məlumatına görə, hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı hakim blokun deputatları ilə müxalifətdən olan "Güclü Ermənistan" partiyasının nümayəndələri arasında əvvəlcə qarşıdurma yaranıb.

Ardınca mübahisə dərinləşib və birbaşa olaraq Taron Çaxoyanla "Güclü Ermənistan" partiyasının deputatı Qarnik Davtyan arasında dava düşüb. Daha sonra insidentə onlarla deputat qoşulub.

Deputatlar bir birinə yumruq və su butulkaları atıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости