https://news.day.az/azerinews/1876207.html İraqda elektrik stansiyasında yanğın zamanı yaralananların sayı artıb İraqın Bəsrə şəhərində yerləşən Hartha elektrik stansiyasında baş verən yanğın nəticəsində yaralananların sayı 35-ə çatıb. APA xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb. Bundan əvvəl hadisə nəticəsində 30 nəfərin yaralandığı bildirilmişdi. Yanğın zamanı 4 nəfər həyatını itirib.

İraqda elektrik stansiyasında yanğın zamanı yaralananların sayı artıb

Azərbaycanca, 22 ноября 2026 09:37 (UTC +04:00) 232
İraqda elektrik stansiyasında yanğın zamanı yaralananların sayı artıb

İraqın Bəsrə şəhərində yerləşən Hartha elektrik stansiyasında baş verən yanğın nəticəsində yaralananların sayı 35-ə çatıb.

APA xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bundan əvvəl hadisə nəticəsində 30 nəfərin yaralandığı bildirilmişdi.

Yanğın zamanı 4 nəfər həyatını itirib.

Məlumata görə, alov yaxınlıqdakı yaşayış evlərinə də yayılıb.

İraqın təhlükəsizlik rəsmilərinin məlumatına görə, yaralananların əksəriyyəti elektrik stansiyasının yaxınlığındakı evlərin sakinləridir. Onlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və tüstüdən zəhərləniblər.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости