https://news.day.az/azerinews/1876236.html Pentaqon ABŞ və Kanada hərbçilərinin qeyri-rəsmi əlaqələrini məhdudlaşdırıb - KİV ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi qulluqçularına amerikalı və kanadalı hərbçilər arasında qeyri-rəsmi ünsiyyətin məhdudlaşdırılması barədə xidməti göstəriş verib. Bu barədə "The New York Times" (NYT) qəzeti Cənubi Dakota ştatından olan respublikaçı senator Mayk Raundsın açıqlamasına istinadən məlumat yayıb.

Pentaqon ABŞ və Kanada hərbçilərinin qeyri-rəsmi əlaqələrini məhdudlaşdırıb - KİV

Azərbaycanca, 22 ноября 2026 11:26 (UTC +04:00) 238
Pentaqon ABŞ və Kanada hərbçilərinin qeyri-rəsmi əlaqələrini məhdudlaşdırıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi qulluqçularına amerikalı və kanadalı hərbçilər arasında qeyri-rəsmi ünsiyyətin məhdudlaşdırılması barədə xidməti göstəriş verib.

Bu barədə "The New York Times" (NYT) qəzeti Cənubi Dakota ştatından olan respublikaçı senator Mayk Raundsın açıqlamasına istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, müvafiq göstəriş bir neçə ay əvvəl hazırlanıb, lakin yalnız bu yaxınlarda imzalanaraq qüvvəyə minib. Senatorun qiymətləndirməsinə əsasən, dəyişikliklər iki ölkənin hərbi qurumları arasında rəsmi əməkdaşlığa təsir göstərməyəcək, lakin ABŞ və Kanada hərbçilərinin qeyri-rəsmi ünsiyyətini məhdudlaşdıracaq.

Qəzet qeyd edir ki, bu qərar Donald Trampın Ağ Evə qayıtmasından sonra iki müttəfiq ölkə arasında münasibətlərin pisləşməsinin davam etdiyini göstərir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости