“Mercedes-Benz” 30 mindən çox əməkdaşına könüllü işdən ayrılma proqramı təklif edəcək
Almaniyanın "Mercedes-Benz" avtomobil konserni xərclərin azaldılması tədbirləri çərçivəsində əməkdaşlarının könüllü şəkildə işdən ayrılması proqramına başlayacaq.
Day.Az Trend-ə istinadən bildirir ki, proqram şirkətdə ən azı üç il çalışan və birbaşa istehsal prosesində iştirak etməyən əməkdaşları, əsasən inzibati bölmələrin işçilərini əhatə edəcək.
Proqram 2026-cı il dekabrın 1-dən 2027-ci il sentyabrın 30-dək qüvvədə olacaq.
2027-ci il martın sonunadək öz istəyi ilə işdən ayrılmaq qərarına gələn əməkdaşlara əlavə ödəniş də veriləcək.
Müvafiq təkliflər şirkətin 30 mindən çox əməkdaşına göndəriləcək.
Əlavə ödəniş də nəzərə alınmaqla, işdənçıxma müavinətinin məbləği 422 min avroyadək çata bilər.
Ödənişin həcmi hər bir əməkdaşın iş stajı və əməkhaqqı nəzərə alınmaqla fərdi qaydada müəyyənləşdiriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре