https://news.day.az/society/585753.html Göyçayda KrAz, Abşeronda Ford Tranzit yandı

Göyçayda KrAz, Abşeronda Ford Tranzit yandı

Общество, 6 июня 2015 20:49 (UTC +04:00) 5 837
Göyçayda KrAz, Abşeronda Ford Tranzit yandı Day.Az представляет новость на азербайджанском языке:

Göyçayda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Məlikkənd kəndində vətəndaşa məxsus "Kraz" markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri və yük yerinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Abşeronda qeydə alınıb. "Ford Tranzit" markalı yük avtomobilinin salon, mühərrik və qabaq hissəsinin 2 təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости