https://news.day.az/azerinews/1825692.html Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyın məhkəmə prosesi başlayıb.

Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb

Azərbaycanca, 3 апреля 2026 14:12 (UTC +04:00) 295
Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyın məhkəmə prosesi başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Onların vəkilləri barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər təqdim ediblər.

Məhkəmə vəsatətləri təmin etməyib, növbəti baxış iclası isə aprelin 10-na təyin olunub.

Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqli Daxili İşlər Nazirliyinin (DİN) İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости