https://news.day.az/azerinews/1851127.html Tiktoker "Murad Sadə" həbs edildi Daha bir tiktoker həbs edilib. Day.Az lent.az-a istinadən xəbər verir ki, TikTok-da "Murad Sadə" ləqəbi ilə tanınan Murad Qasımov polis tərəfindən saxlanılıb. Törətdiyi cəmiyyətə qarşı açıq hörmətsizlik, ictimai mənəviyyata zidd əməllərə görə onun barəsində inzibati protokol tərtib edilib.

Tiktoker "Murad Sadə" həbs edildi

Azərbaycanca, 30 июля 2026 20:28 (UTC +04:00) 158
Tiktoker "Murad Sadə" həbs edildi

Daha bir tiktoker həbs edilib. 

Day.Az lent.az-a istinadən xəbər verir ki, TikTok-da "Murad Sadə" ləqəbi ilə tanınan Murad Qasımov polis tərəfindən saxlanılıb.

Törətdiyi cəmiyyətə qarşı açıq hörmətsizlik, ictimai mənəviyyata zidd əməllərə görə onun barəsində inzibati protokol tərtib edilib.

Ona İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости