https://news.day.az/azerinews/1852335.html
Filippinin cənub sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib
Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Məlumata görə, tektonik zəlzələ cümə axşamı yerli vaxtla saat 05:41-də 10 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Balut adasının sahilindən 99 kilometr cənub-qərbdə yerləşib.
Filippinin cənub sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib
Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, tektonik zəlzələ cümə axşamı yerli vaxtla saat 05:41-də 10 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Balut adasının sahilindən 99 kilometr cənub-qərbdə yerləşib.
Qeyd edək ki, Cənub-Şərqi Asiyada yerləşən arxipelaq dövləti olan Filippin Sakit okeanı əhatə edən yüksək seysmik və vulkanik aktivlik zonası - "Sakit okean Odlu Halqası" üzərində yerləşdiyindən burada tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilər baş verir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре