https://news.day.az/azerinews/1868335.html Qırğızıstan-Azərbaycan müttəfiqlik münasibətləri xüsusi xarakter daşıyır - Sadır Japarov - FOTO Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını bildirib. Day.Az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə danışıb.

Qırğızıstan-Azərbaycan müttəfiqlik münasibətləri xüsusi xarakter daşıyır - Sadır Japarov - FOTO

Azərbaycanca, 20 октября 2026 14:29 (UTC +04:00) 313
Qırğızıstan-Azərbaycan müttəfiqlik münasibətləri xüsusi xarakter daşıyır

Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını bildirib.

Day.Az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə danışıb.

Görüş zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivləri müzakirə olunub.

Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ölkələr arasında əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Öz növbəsində, Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Sadır Japarova çatdırıb.

Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

  • Qırğızıstan-Azərbaycan müttəfiqlik münasibətləri xüsusi xarakter daşıyır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости