https://news.day.az/azerinews/1868859.html Ərdoğanın keçmiş müşaviri saxlanılıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın (Baş nazir olduğu dövrdə - red) keçmiş müşaviri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq deputatı Ertan Aydın saxlanılıb. Day.Az xəbər verir ki, "Cumhuriyyet" nəşrinin məlumatına görə, onun adı kapital bazarında şübhəli əməliyyatlarla bağlı iş üzrə şübhəli şəxs qismində hallanır.

Ərdoğanın keçmiş müşaviri saxlanılıb

Azərbaycanca, 22 октября 2026 15:11 (UTC +04:00) 328
Ərdoğanın keçmiş müşaviri saxlanılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın (Baş nazir olduğu dövrdə - red) keçmiş müşaviri və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sabiq deputatı Ertan Aydın saxlanılıb.

Day.Az xəbər verir ki, "Cumhuriyyet" nəşrinin məlumatına görə, onun adı kapital bazarında şübhəli əməliyyatlarla bağlı iş üzrə şübhəli şəxs qismində hallanır.

Aydın Ankarada saxlanıldıqdan sonra İstanbula aparılıb. O, İstanbul prokurorluğunun istintaqı çərçivəsində saxlanılan beş nəfər arasında yer alıb.

İş üzrə digər şübhəlilər arasında "Türkiye Sigorta" və "Türkiye Hayat Emeklilik" sığorta şirkətlərinin baş direktorunun köməkçisi Fəxri Uğur, "Tera Holding"in baş direktorunun müavini Seda Tarım Kocabalkan, "KUYAS Yatırım" investisiya şirkətinin rəhbəri Abdullah Dal və vəzifəsi barədə məlumat verilməyən Hakan Eryılmaz da yer alır.

Qeyd edək ki, 2012-ci ildə Rəcəb Tayyib Ərdoğanın siyasi məsələlər üzrə baş müşaviri təyin olunan Aydın iki dəfə AKP-dən Ankara millət vəkili seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости