https://news.day.az/azerinews/1869214.html Azərbaycan millisinin basketbolçusu “Sabah”a keçib "Sabah" basketbol klubu Azərbaycan milli komandasının üzvü Orhan Aydını heyətinə qatıb. Klubdan AZƏRTAC-a verilən məlumata görə, 37 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. 2,03 metr boya malik basketbolçu uzun forvard mövqeyində çıxış edir.

Azərbaycan millisinin basketbolçusu “Sabah”a keçib

Azərbaycanca, 23 октября 2026 19:34 (UTC +04:00) 371
Azərbaycan millisinin basketbolçusu “Sabah”a keçib

"Sabah" basketbol klubu Azərbaycan milli komandasının üzvü Orhan Aydını heyətinə qatıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, 37 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

2,03 metr boya malik basketbolçu uzun forvard mövqeyində çıxış edir. Orhan Aydın həm milli komanda səviyyəsində, həm də Türkiyə basketbolunda topladığı təcrübə ilə seçilir.

Peşəkar karyerası ərzində Türkiyənin "Darüşşafaka", "Türk Telekom", "Aliağa Petkim", "Uşak Sportif", "Acıbadem Üniversitesi", "Qalatasaray", "Qaziantep Basketbol" və "Yalovaspor" klublarında çıxış edən basketbolçu son olaraq "Mersin Spor"a keçməzdən əvvəl "Bandırma Bordo"nun heyətində yer alıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости