https://news.day.az/azerinews/1869760.html Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı Payızda günlərin qısalması və təbii işığın azalması insanın bioloji saatına təsir edərək yuxu problemlərinə səbəb ola bilər.

Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı

Azərbaycanca, 27 октября 2026 04:20 (UTC +04:00) 318
Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı

Payızda günlərin qısalması və təbii işığın azalması insanın bioloji saatına təsir edərək yuxu problemlərinə səbəb ola bilər.

Day.Az xəbər verir ki, həkim-somnoloq Maksim Novikovun sözlərinə görə, fiziki aktivliyin azalması, axşam saatlarında telefon və kompüterdən istifadə, eləcə də gündəlik rejimin dəyişməsi də yuxusuzluğa təsir göstərir.

Mütəxəssis qeyd edib ki, davamlı yuxu çatışmazlığı diqqət və yaddaşı zəiflədə, əsəbiliyi artıra və emosiyaları idarə etməyi çətinləşdirə bilər. Yuxu problemləri uzun müddət davam etdikdə və gündəlik həyata mane olduqda həkimə müraciət etmək tövsiyə olunur.

Yuxu rejimini yaxşılaşdırmaq üçün səhər saatlarında təbii işıq almaq, hər gün eyni vaxtda oyanmaq, fiziki aktivliyi artırmaq və axşamlar ekran qarşısında keçirilən vaxtı azaltmaq məsləhət görülür. Həkim vurğulayıb ki, sabit gündəlik rejim mövsümi yuxu pozuntularının qarşısını almağa kömək edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости