Serbiyada İsrail səfirliyinə hücum terror aktı kimi qiymətləndirildi - YENİLƏNİB
Serbiyada İsrail səfirliyi qarşısına polisə edilmiş hücum terror aktı kimi təsnif edilib.
Day.Az xəbər verir ki, "Informer" nəşrinin məlumatına görə bunu Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib.
Onun sözlərinə görə, İsrail səfirliyini mühafizə edən polis əməkdaşına yetkinlik yaşına çatmayan şəxsin hücum etməsi ilə əlaqədar ölkədə təhlükəsizliklə bağlı gücləndirilmiş tədbirlər həyata keçirilir.
"İstintaq davam edir... Terror aktı ölkəmizin ərazisində baş verdiyini nəzərə alaraq, daxili işlər naziri kimi bu hadisəyə görə məsuliyyət daşıdığımdan terrora qarşı təhlükəsizlik tədbirlərini mümkün olan ən yüksək səviyyəyə, yəni "qırmızı" səviyyəyə qaldırmışam", - deyə Daçiç bildirib.
O vurğulayıb ki, Serbiyanın xüsusi xidmət orqanları şübhəlinin beynəlxalq terror təşkilatı olan "İslam Dövləti" (İŞİD, Rusiyada fəaliyyəti qadağandır) ilə əlaqəli olduğunu düşünür. Daçiç həmçinin küçələrdə, infrastruktur obyektlərində və insanların sıx toplaşdığı yerlərdə polis əməkdaşlarının sayının artırılması barədə göstəriş verib.
XXX
10:55
Serbiyanın hüquq-mühafizə orqanları Belqradda İsrail səfirliyini mühafizə edən polis əməkdaşına yetkinlik yaşına çatmayan şəxsin hücumu ilə bağlı hadisənin təfərrüatlarını araşdırır. Hücum edən şəxs güllələnərək öldürülüb.
Day.Az xəbər verir ki, "İnformer" nəşrinin məlumatına görə, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat verib.
"Şəxsiyyəti hələ müəyyənləşdirilməyən və ehtimal ki, Şabats şəhərindən olan yetkinlik yaşına çatmayan şəxs dini şüar səsləndirərək iki bıçaqla polis əməkdaşına hücum edib", - deyə Daçiç bildirib.
Nazirin sözlərinə görə, hücum edən şəxs özünümüdafiə məqsədilə açılan atəş nəticəsində öldürülüb, polis əməkdaşı isə yüngül xəsarət alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре