Dünyada ən çox sanksiyaya məruz qalan 5 ÖLKƏ
Dünyada ən çox beynəlxalq sanksiyaya məruz qalan ölkə Rusiyadır. Məhdudiyyətlərin sayı hesablanma metodundan asılı olaraq 24 000-31 000 arasında dəyişir.
Day.Az xəbər verir ki, bu barədə TASS-da məqalə dərc olunub.
Ən çox sanksiyalara məruz qalan ölkələr aşağıdakı kimidir:
Rusiya: 24 000-31 000 sanksiya
Rusiyaya qarşı sanksiyalar 2014-cü ildən sərtləşdirilib, 2022-ci ildən sonra isə genişləndirilib. Məhdudiyyətlər bank, enerji, texnologiya və müdafiə sənayesi sektorlarını əhatə edir.
İran: 4 500-5 500 sanksiya
İrana qarşı ilk ABŞ sanksiyaları 1979-cu ildə tətbiq edilib. Sonrakı məhdudiyyətlər nüvə və raket proqramları, maliyyə əməliyyatları və silah ticarəti ilə əlaqələndirilib.
Suriya: 2 600-2 900 sanksiya
Suriyaya qarşı sanksiyalar əsasən 2011-ci ildən genişləndirilib. Bəşər Əsəd rejiminin 2024-cü ilin dekabrında süqutundan sonra məhdudiyyətlərin böyük hissəsinin ləğvi istiqamətində addımlar atılıb.
Şimali Koreya: 2 100-2 200 sanksiya
Koreya Xalq Demokratik Respublikasına qarşı məhdudiyyətlər nüvə sınaqları və raket proqramları ilə əlaqədardır. Sanksiyalar ölkənin ticarətinə, enerji təchizatına və beynəlxalq maliyyə əməliyyatlarına təsir göstərir.
Belarus: 1 400-1 900 sanksiya
Belarusa qarşı sanksiyalar 2020-ci il prezident seçkilərindən sonra sərtləşdirilib, 2022-ci ildən etibarən isə Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar genişləndirilib. Məhdudiyyətlər maliyyə, ticarət, nəqliyyat və müdafiə sənayesini əhatə edir.
Qeyd edək ki, sanksiyaların sayı istifadə olunan hesablama metodundan asılı olaraq dəyişə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре